Merkelə ispan salamı: “Rədd ol!”
Bizi izləyin

Dünya

Merkelə ispan salamı: “Rədd ol!”

Almaniya kansleri Angela Merkelin İspaniya səfəri xoşagəlməz hadisələrlə başlayıb.

Axar.az xəbər verir ki, İspaniyada iqtisadi böhranın baş verməsində Almaniyanı suçlayan minlərlə ispan Merkelin səfər etdiyi Santyaqo və Kompostela şəhərlərində meydanlara axışıb.

Kanslerin ölkəni tərk etməsini tələb edən nümayişçilər “Ölkəmizdə işləmək istəyirik, Almaniyada yox!”, “Rədd olsun Merkel!” şüarları ilə öz etirazların bildiriblər.

Merkelin İspaniya Baş naziri Mariano Rajoyla görüş vaxtına təsadüf edən etiraz dalğasını dağıtmaq üçün polis əlavə qüvvələr tələb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm