Tehran Londondan şahın pullarını tələb edir
Bizi izləyin

Dünya

Tehran Londondan şahın pullarını tələb edir

İran şahı bu pulu 1750 tank və bu tanklara dəstək maşınları üçün ödəmişdi.

İran şahı bu pulu 1750 tank və bu tanklara dəstək maşınları üçün ödəmişdi.

Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, İran Britaniya Müdafiə Nazirliyini 35 ildir ki, davam edən mübahisədən sonra İngiltərənin Ali Məhkəməsinə verib.

Britaniya Müdafiə Nazirliyinə bağlı şirkət İran İslam inqilabının ərəfəsində şahın sifarişi ilə ümumi dəyəri 650 milyon funt sterlinq olan döyüş tankları istehsal etməli idi.İran şahı bu pulu 1750 tank və bu tanklara dəstək maşınları üçün ödəmişdi.

İranda inqilab baş verəndə və şah devrilərək ölkədən qovulanadək London vəd olunmuş “Chieftain” tanklarının yalnız 135 dəstini İrana göndərə bilmişdi.

Şah taxtdan salındıqdan sonra Britaniyanın Beynəlxalq Hərbi Xidmətlər (International Military Services - IMS) şirkəti sifariş barədə müqaviləni birtərəfli qaydada ləğv etmişdi.Məhz bu səbəbdən indi, sifarişdən 35 il sonra İran hökuməti yerdə qalan 400 milyon funt sterlinqin ödənməsi üçün Britaniya Müdafiə Nazirliyini məhkəməyə verib.

Yeri gəlmişkən, 2009-cu ildə Beynəlxalq Ticarət Palatası (The International Chamber of Commerce) İranın iddiasını dəstəklədiyini bildirib.

Bu mübahisənin artıq 2010-cu ildə həll olunacağı gözlənilirdi, lakin İstanbulda aparılan gizli dabnışıqlar İranın müəyyən əlavə tələblərinə görə nəticə verməmişdi.

Sonra isə bu işə baxan hakimin dəyişdirilməsi iddiaya dair prosesin yarımçıq qalmasına səbəb olub.

​​

İran pulu sanksiyalara görə ala bilməyib

Britaniya mətbuatı xəbər verir ki, cavabdeh şirkət - IMS artıq on ildir ki, iddia olunan məbləği xüsusi bank hesabında saxlayıb və bu pulu məhkəmə qərarı ilə İrana qaytarmağa hazır olduğunu bildirib.2010-cu ildə sözü gedən vəsaitin İMS tərəfindən İran banklarından birinin hesabına köçürülməsi gözlənilirdi.Lakin artıq həmin vaxt İran Avropa İttifaqının sanksiyalarına görə həmin hesabdan istifadə edə bilməzdi.

Müdafiə Nazirliyi o vaxtdan bəri həmin köçürmənin sonrakı taleyi barədə informasiya verməkdən imtina edir.

Lakin indi “The İndependent on Sunday” qəzetinin yaydığı ən son xəbər budur ki, İran qarşıdan gələn yayda 400 milyon funt sterlinqin ödənməsi işinə baxılması üçün İMS-i Britaniyanın Ali Məhkəməsinə verib.

İMS bir şirkət kimi öz ticarət fəaliyyətinə 2010-cu ildə son qoyub və şirkətin direktorları inanırmışlar ki, məsələ 2009-cu ildə həllini tapıb.Bu işlə əlaqədar İranın ədliyyə naziri ilə ötən ilin əvvəllərində İstanbulda danışıqlar aparılıb, daha sonra Londonda “qeyri-rəsmi söhbət” olub.

Londonu çox hirsləndirmək olmaz

Britaniya Müdafiə Nazirliyinin rəsmiləri hələ də ümid edirlər ki, İranla razılaşma Ali Məhkəmədəki çəkişmədən əvvəl yoluna qoyula bilər.Lakin Tehrandan sızan məlumatlar göstərir ki, İran məsələnin məhz məhkəmə yolu ilə həll olunmasında maraqlıdır.

Bu arada İMS şirkəti bildirib ki, İranla mübahisəli məsələlər həll edilən kimi öz fəaliyyətini həmişəlik dayandıracaq.

Ən son məlumatlara görə Britaniya Müdafiə Nazirliyi də əsəbi bəyanat verib.Nazirlik bildirib ki, İranın üzərindən Avropa sanksiyaları götürülməyincə, Tehrana bir pens də ödənməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm