• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qəzzada qətliam davam edir (VİDEO)

  • Dünya
  • 25 Avqust 2014 19:45
  • 352 Baxış
Qəzzada qətliam davam edir (VİDEO)

Qəzza zolağında İsrail ordusunun aviazərbələri davam edir.

ANS TV-nin məlumatına görə, İsrail hərbi rəsmiləri bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə və ətraf bölgələrə 16 raket zərbəsi endirdiyini bəyan edib. Zərbələrdən biri məscidə tuş gəlib.

İsrail Müdafiə Nazirliyi həmin məsciddə “Həmas” silahlılarının toplandığını iddia edib. Bu günkü aviazərbələrin “Həmas”ın İsrail ərazisinə açdığı zərbələrə cavab olaraq endirildiyi məlumat verilib. Fələstinli silahlılar İsrail ərazisinə 10-dək raket zərbəsi endirib.

Tərəflər arasında gərginliyin başladığı iyulun 8-dən etibarən İsrail Qəzza zolağına 5000-dək raket zərbəsi endirib. “Həmas” İsrail ərazisinə 4000 raket atıb. İki aydan çoxdur ki, davam edən münaqişədə həlak olan fələstinlilərin sayı 2200 nəfəri keçib.

İsrailin baş naziri Benyamin Netanyahu ötən gün Qəzza zolağında hərbi əməliyyatların sentyabr ayınadək davam edə biləcəyini bəyan etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR