İŞİD 670 məhkumu edam edib
Bizi izləyin

Dünya

İŞİD 670 məhkumu edam edib

İraq və Suriyada xilafət elan edərək İslam Dövləti" quran terror təşkilatı İŞiD-in Mosulda 670 məhkumu edam etdiyi ortaya çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Mosulda BMT adına çalışan və qətliamdan xilas olmağı bacaran səlahiyyətlilər bildirib.

BMT insan haqları üzrə ali komissarı Navi Pillay İŞİD-in həbsxanada yalnız qətliam törətmədiyini, insanları qula çevirdiyini və təcavüz etdiyini söyləyib. N.Pillay Mosuldaki Bedüş həbsxanasında qalan 670 məhkumun 10 iyun tariixində İŞİD silahlıları tərəfindən öldürüldüyünü ifadə edib.

O, öldürülənlərin sünni olmadığına da diqqət çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm