“Raketdən müdafiə sistemi Rusiyaya qarşı tuşlansın” – Təklif
Bizi izləyin

Dünya

“Raketdən müdafiə sistemi Rusiyaya qarşı tuşlansın” – Təklif

“Şimali Atlantika İttifaqının Avropadakı raketdən müdafiə sistemi Rusiyaya tuşlansın”.

Publika.az-ın verdiyi xəbərə görə. Almaniyanın “Der Spiegel” jurnalının internet səhifəsi bu təklifin Polşa və Baltika ölkələrindən gəldiyini yazıb.

Xəbərdə sözügedən təklifin Şimali Atlantika İttifaqının (NATO) 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək sammit ərəfəsində səsləndirilməsinə diqqət çəkir. “Der Spiegel”in məlumatına görə, ittifaq təklifi gələcəkdə müzakirə edə bilər.

“Təklifin gündəmə gəlməsinin səbəbi odur ki, Polşa və Baltika ölkələri özlərini Rusiya qarşısında təhlükəsiz hiss etmək istəyirlər”, -jurnal bildirib.

“Der Spiegel”in məlumatına görə, NATO üzvlərinin əksəriyyəti, həmçinin Almaniya təklifə qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm