Dünya
Şok: Rusiyanın Ukraynada itkiləri – 113 min ölü ...
Ukraynalı hərbi ekspert İqor Myaqçenkov Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiyanın verdiyi itkilərlə bağlı şok faktlar açıqlayıb.
Axar.az xəbər verir ki, ekspertin bildirdiyinə görə, Kremlin Ukraynaya qarşı müdaxiləsi nəticəsində rus hərbçiləri və muzdlularının itkisi 7-12 min nəfər arasındadır. Ölənlərin siyahısına Ukrayna vətəndaşları olan separatçılar daxil deyil.
Ekspert bildirib ki, Rusiyadan Luqanska göndərilən “KamAZ”ların içərisində 12-yə yaxın maskalanmış yük avtomobilləri olub: “Həmin yük maşınlarının tutumu təxminən 8 tona yaxın olub. Bu da o deməkdir ki, hər bir maşın ən azı 100 rus hərbçisinin meyitini daşıyıb. Muzdluların meyitlərini isə Putin götürmür”.
Myaqçenkovun sözlərinə görə, son vaxtlar Ukraynaya gələn muzdluların sayında azalma baş verib. Ona görə də Putin indi Ukraynaya yalnız peşəkar hərbçilərini göndərir.
Ekspert həmçinin, Vladimir Putinin Ukraynaya qarşı qorxunc planını da açıqlayıb:
“Sovet qoşunlarının Əfqanıstandakı itkisi 15 minə yaxın idi. Putin Sovet-Rusiya klerikal-satanik imperiyasının həyata keçməsi üçün onminlərlə rusu və yüzminlərlə ukraynalını öldürməyə hazırdır. Artıq Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı Ukrayna ərazisində həlak olacaq əsgər və zabitlərin sayını da hesablayıb: 113 min ölən və yaralanan...”.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar