Növbəti qaz danışıqları: bu dəfə Kiyevsiz
Bizi izləyin

Dünya

Növbəti qaz danışıqları: bu dəfə Kiyevsiz

Avropa Birliyi (AB) və Rusiya arasında 29 avqust tarixində Moskvada təbii qaz üzrə növbəti danışıqlar keçiriləcək.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda nümayəndə heyətlərinə AB-nin enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger və Rusiya energetika naziri Aleksandr Novak rəhbərlik edəcək.

“Ukrayna ərazisi vasitəsilə Avropaya qaz tranzitinin təhlükəsizliyin təmin olunması, “Cənub axını” qaz kəməri layihəsinin reallaşdırılmasının hüquqi və texniki aspektləri, eləcə də Rusiya-AB enerji əməkdaşlığı ilə bağlı digər məsələlər müzakirə olunacaq”, - xəbərdə deyilir.

Xatırladaq ki, may ayında AB-nin iştirakı ilə Rusiya-Ukrayna qaz danışıqlarının bir neçə raundu keçirilmişdi. Günter Ottingerin vasitəçiliyi, Rusiya və Ukraynanın enerji nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda razılıq əldə etmək mümkün olmamışdı. Eskpertlər Ukraynanın şərqindəki hərbi qarşıdurmanın şiddətləndiyi bir vaxta keçiriləcək danışıqların da nəticə verməyəcəyini proqnozlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm