ABŞ İŞİD-ə qarşı əməliyyatları qonşu ölkəyə keçirir
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə qarşı əməliyyatları qonşu ölkəyə keçirir

ABŞ İŞİD terror təşkilatının Suriyadakı qoluna qarşı hərbi əməliyyatlara başlaya bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Baş Qərargah başçısı Martin Dempsey bildirib.

“İraqdakı İŞİD silahlılarının ABŞ torpaqlarına birbaşa təhdid olduğu qənaətinə gəlsəm, ABŞ ordusunun təşkilatın Suriyada qoluna qarşı birbaşa hərəkətə keçməsini tövsiyə edərəm”, - amerikalı general söyləyib.

Martin Dempsey Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgədəki müttəfiqlərin ABŞ-a dəstək verəcəyinə əminliyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm