Rusiyanın desant qrupu zərərsizləşdirildi
Bizi izləyin

Dünya

Rusiyanın desant qrupu zərərsizləşdirildi

Ukrayna antiterror gücləri ölkəyə soxulan Rusiya desantçılardan ibarət qrupu zərərsizləşdirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Rusiyanın 98-ci diviziyasının 10 desantçısı saxlanılıb.

Desantçılar verdiyi ifadələrdə bildiriblər ki, onlar 23 avqustda Rostov vilayətinə dəmiryol nəqliyyatı ilə göndərilib və 24 avqust gecəsi Ukrayna sərhədini keçiblər.

Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri Rusiya dövlətinin silahlı vətəndaşları tərəfindən sərhədin qanunsuz pozulması fakt üzrə cinayət işi qaldırıb. Təcili operativ-istintaq hərəkətləri davam etdirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm