Rusiya Donetskin cənubunda yeni qaynar nöqtə yaradır
Bizi izləyin

Dünya

Rusiya Donetskin cənubunda yeni qaynar nöqtə yaradır

Rusiya hərbçiləri Donetsk vilayətinin cənubunda yeni silahlı silahlı qarşıdurma mərkəzi yaratmağa cəhd göstərir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “facebook” səhifəsində deyilir.

Xəbərdə bildirilir ki, bu məqsədlə Rusiyanın 10 tank, 2 BMP və 2 “Qrad” reaktiv yaylım atəş sistemi Novoazovsk rayonu istiqamətində Ukraynanın dövlət sərhədini pozub. Mariupol istiqamətində isə 40-a qədər tank və zirehli texnikanın hərəkət etməyə çalışdığı, Ukrayna lakin antiterror gücləri tərəfindən qarşısının alındığı bildirilir.

Milli Təhlükəsizlik və Müdafiə Şurası Azov dənizi sahilindəki strateji yol olan Novoazovsk-Mariupol yolunun tamamilə antiterror güclərinin nəzarəti altında olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm