Qəzzada daha bir jurnalist öldürüldü
Bizi izləyin

Dünya

Qəzzada daha bir jurnalist öldürüldü

İsrail ordusunun Qəzzanın şərqindəki Şucaiyye məhəlləsinə təşkil etdiyi artilleriya hücumlarında Fələstinli bir jurnalist həyatını itirib.

Publika.az-ın hurriyyet.com-a istinadən məlumatına görə, Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra, İsrailin Şucaiyye Məhəlləsinə təşkil etdiyi top hücumunda Abdullah Mürtəza adlı bir jurnalistin həyatını itirdiyini söylədi. Jurnalistin 25 yaşında olduğunu və Əl-Əqsa Media Network üçün çalışdığını ifadə edən Kudra, beləcə hücumların başlamasından bu yana ölən jurnalistlərin sayının 14-ə yüksəldiyini ifadə etdi. Bu vaxt hücumların 50-ci günündə həyatını itirən fələstinlilərin sayının isə 9-a yüksəldiyi qeyd olundu.

İsrailin 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 2 min 132-dir. 10 min 895 adam isə yaralanıb.

Digər tərəfdən İsrail ordusu dünən gecə yarısından bu yana Qəzzada 70 hədəfin vurulduğunu açıqlayıb. Ordundan edilən şərhdə, "Gecə yarısından etibarən Qəzzada 70 hədəf vuruldu" deyildi.

İsrail mətbuatında iştirak edən xəbərlərdə isə səhər saatlarından bu yana İsrail şəhərlərinə 120 raket atıldığı irəli sürülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm