Norveçdə İŞİD əleyhinə yürüş
Bizi izləyin

Dünya

Norveçdə İŞİD əleyhinə yürüş

Norveçdə İŞİD terror təşkilatı əleyhdarları yürüş təşkil ediblər.

Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, İraq Şam İslam Dövlətinin (İŞİD) hücum və qırğınları, Baş nazir Erna Solberq, İslami təşkilatlar, kilsə nümayəndələri və siyasi partiya liderlərinin də qatıldığı yürüyüş və mitinqle etiraz edildi.

Paytaxt Oslonun Qrinland səmtində axşam saatlarında başlayan gedişə, fərqli dinlərə mənsub təxminən 7 min adam qatılıb. İŞİD ilə bu terror təşkilatının dəstəkçisi olduğunu açıqlayan Norveçdəki "Profetens Ummah" adlı dərnək əleyhinə şüarlar səsləndirən etirazçılar, Norveç parlamenti önünə qədər getdikdən sonra burada çıxışlar ediblər.

Təşkil edilən mitinqdə Baş nazir Erna Solberq, müxalifətdən olan “Fəhlə Partiyası”nın sədri Conas Göhr Store, Oslo Kilsəsi nümayəndəsi May-Anne Qrasaas, İslam quruluşu olan İRN-nin baş katibi Məhtab Afsar və din adamları çıxış edib.

İRN adından çıxış edən Məhtab Afsar, ifratçılığın hər cəmiyyətdə səhv olduğunu önə gətirərək "iki həftə əvvəl hicab taxmağa başlayan qızım məktəbindəki müəllim tərəfindən təhqir olundu. Hər kəsin bu mövzuda səhv qərarlardan xilas olması lazımdır" deyə bildirib.

Norveç baş naziri Solberq belə hadisələrə qarşı mübarizə edəcəyini vurğulayaraq, peyğəmbərdən hədis belə gətirib: "Sizdən biriniz bir pislik gördükdə bunu əliylə dəyişdirsin, əgər buna gücü çatmazsa diliylə düzəltsin, ona da gücü çatmazsa, ürəyi ilə nifrət etsin. Bu da imanın ən zəif nöqtəsidir". Solberq, bu nümayişə çox sayda müsəlmanın qatılmasının, İŞİD-in İslamı təmsil etmədiyinə bir dəlil olduğunu bildirib.

Çıxış edənlərdən Fate Mehdi əl-Hüseyni adlı gənc qız, baş kəsmə və təcavüzün İslam ilə əlaqəsi olmadığını ifadə edərək, "Bunu dəstəkləyənlər də Peyğəmbər ümməti deyil, şeytanın təqibçisi ola bilər" deyib.

"Sözlərlə qazan, silah və şiddətlə deyil", "İŞİD'ə yox", "İslam adına etməyin" və "Terrorizmə yox" şüarlarları altında, Norveç mətbuatının da sıx maraq göstərdiyi etiraz aksiyası insidentsiz başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm