ABŞ təyyarələri Suriyaya girir
Bizi izləyin

Dünya

ABŞ təyyarələri Suriyaya girir

ABŞ mətbu orqanı “Wall Street Journal” bildirir ki, ölkənin müdafiə nazirliyi gələcək hücumlar üçün məlumat yığmaq məqsədi ilə Suriyaya pilotsuz təyyarələr göndərməyə hazırdır.

Nəşr amerika administrasiyasının adı çəkilməyən nümayəndələrinə istinad edərək bildirir ki, Suriyay nəzərdə tutula biləcək hücumlar son həftələr ərzində İraqda hədəfdə olan “İslam dövləti” yaraqlılarına qarşı yönələ bilər.

Mənbə bildirir ki, ABŞ mərkəzi ordu qüvvələri müdafiə nazirliyindən artıq lazım ola biləcək təyyarələrin təmin edilməsini istəyib. Uçuşlar yaxın günlərdə nəzərdə tutulub.

“Pentaqon Suriyaya kəşfiyyat uçuşları etməyə hazırdır- deyə anonimliyini qorumağı tələb edən nümyəndə bildirir. Hələ ki, zərbələrin endirilməsi qərarı alınmayıb, lakin bu qərarın alınmasının sadələşdirilməsi üçün orada olan vəziyyət haqqında maksimum məlumata ehtiyac var”.

Nümayəndə qeyd edir ki, Suriya havadan müdafiə qüvvələri ABŞ təyyarələri üçün təhdid deyil. Buna görə də Suriyadan bu ölkənin hava məkanına girmək üçün heç bir icazə istənilməyəcək. Nəzərə alsaq ki, Suriyada olan girovların xilas edilməsi üçün ABŞ iyulda bir dəfə də bunu edib, məsələ aydın olur.

ANS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm