Bu gün Putin Poroşenko ilə görüşə bilər
Bizi izləyin

Dünya

Bu gün Putin Poroşenko ilə görüşə bilər

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə Minskdə görüşə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, görüş Gömrük Şurasına üzv dövlət başçılarının sammiti çərçivəsində baş tuta bilər.

Görüşdə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və energetika məsələləri üzrə komissar Günter Ottinger də iştirak edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və Rusiya prezidentləri arasındakı mümkün görüşdə Ukrayna böhranının müzakirə ediləcəyini bildirib. Peskov qeyd edib ki, görüşdə Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşma konteksində ikitərəfli münasibətlərə toxunula bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm