• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İsrail Qətərdən niyə çəkinir?

  • Dünya
  • 26 Avqust 2014 11:14
  • 447 Baxış
İsrail Qətərdən niyə çəkinir?

Qətər İsrailə terrorla mübarizə aparmağa mane olur.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, yüksəkçinli yəhudi siyasətçilərdən biri bu barədə danışıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi Ron Prosar bildirib ki, Qətər terrorçular üçün “fan klub”a çevrilib:
“Son illərdə Qətər şeyxləri Qəzzaya milyon dollarlarla yardım edib. HƏMAS-ın qazdığı tunellər və atdığı raketlərin üstündə “Doha şeyxlərinin maliyyə yardımı ilə düzəlib” sözlərini yazmaq olar.

Baş nazir Natenyahu ABŞ konqresmenləri ilə şəxsi görüşlərində Qətərin oynadığı mənfi rol barədə məlumat verir. Amma xeyri yoxdur“.

Görünən odur ki, İsrail Qətərə diplomatik təzyiq edə bilmir və buna imkanları da məhduddur. Qətər həm ABŞ, həm də Avropa ölkələrinin regiondakı ən dəyərli müttəfiqidir. Bu səbəbdən, İsrail məsələni ciddi şəkildə qaldırmağa cəhd etmir.

Bu yaxınlarda Qətər ABŞ-dan 11 milyard dollarlıq silah-sursat alıb. Bundan əlavə, Amerikanın Qətərdə 3 hərbi aviabazası var.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR