Poroşenkonun köməkçisi: “Separatçıların uğursuzluğu Kremli bərk qəzəbləndirib”
Bizi izləyin

Dünya

Poroşenkonun köməkçisi: “Separatçıların uğursuzluğu Kremli bərk qəzəbləndirib”

“Rus ordusunun Novazakovska tərəfdən hücuma keçməsini Putinin Ukraynanın Müstəqillik Gününə gecikmiş “təbrik”i saymaq olar”.

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin köməkçisi, keçmiş daxili işlər naziri Yuri Luçenko öz “Facebook” səhifəsində yazıb: “Separatçıların əks-hücumu alınmadı. İlovaysk bizdədi. Ukrayna ordusu dəyişib. Terrorçuları da, onlara kömək edən rus diversantlarını da vura bilir. Onların gücü isə yalnız mülki əhalini qradlardan atəşə tutmağa çatır”.

Luçenkonun sözlərinə görə, separatçıların uğursuzluğu Kremli bərk qəzəbləndirib:

“Separatçılar uğur qazansaydılar, Rusiya Minsk görüşündə ultimatum tipli tələblərlə çıxış edəcəkdi. Odur ki, Putin indi vo-bank gedir. Onlarla Rusiya tankı Ukrayna ərazisinə girib. Hücumun istiqaməti Mariopoldur. Biz öz torpağımızdayıq və qələbə qacanacağıq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm