Ukrayna ordusu İlovayskda mühasirəyə düşdü
Bizi izləyin

Dünya

Ukrayna ordusu İlovayskda mühasirəyə düşdü

Ukrayna antiterror gücləri İlovaysk şəhəri yaxınlığında mühasirəyə düşüb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “facebook” səhifəsində “Donbas” batalyonunun komandiri Semyon Semençenko yazıb.

Onun sözlərinə görə, separatçıların hücumunun Novoazovskda dəf edilməsindən sonra Ukrayna ordusu vəziyyətə tamamilə nəzarət edirdi. Ancaq daha sonra antiterror gücləri İlovaysk şəhərini azad edən bölmələrə dəstək vermək üçün geri çəkilib.

S.Semençenko hazırda İlovaysk yaxınlığında “Donbas”, “Dnepr”, "Herson", "Svityaz" və "Mirotvores” könüllü batalyonları, həmçinin Ukrayna ordusunun 93 və 17-ci briqadalarının yerləşdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm