Təcili yardıma müraciətlərin sayı artıb
Bizi izləyin

Dünya

Təcili yardıma müraciətlərin sayı artıb

İsti hava şəraiti ilə əlaqədar olaraq təcili yardıma müraciətlərin sayı artıb.

Bu günlərdə çağırışların sayı 2 minə çatıb. Adi günlərdə bu say 1600-1700 arasında olur. Bunu Publika.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov deyib.

Baş həkimin sözlərinə görə, günvurma ilə bağlı müraciətlər kütləvi deyil, tək-tək hallar olur. Bu da həmin insanların uzun müddət açıq havada olması ilə əlaqədardır: “Təcili yardıma bütün problemlər - mədə, ürək-qan-damar, ağciyər və s. xəstəliklərlə bağlı müraciətlər olur. Ən çox müraciətlər uşaqlar və yaşlılarla bağlıdır. Çünki bu qrupdan olan insanlar isti temperatura daha az dözümlü olurlar. Xüsusən də hər hansı xəstəliyi olanlar bu cür hava şəraitində daha çox müraciət edirlər”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın 3 gün ərzində Abşeron yarımadasında isti temperatur diskomfortu, zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olmasının meteohəssas insanlar üçün əlverişsiz olacağı ilə bağlı məlumat yayıb. Ona görə də, günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm