İran yeni raketləri və pilotsuz təyyarələri təqdim etdi
Bizi izləyin

Dünya

İran yeni raketləri və pilotsuz təyyarələri təqdim etdi

İran Hərbi Dəniz Donanması “Ghadir” və “Nasr-e Basir” yeni qanadlı raketləri, həmçinin “Karrar-4” və “Mohajer-4” pilotsuz uçuş aparatlarını təqdim edib.

Publika.az-ın “PressTV”yə istinadən verdiyi xəbərə görə, Tehranda keçirilən təntənəli mərasimdə İran prezidenti Həsən Ruhani və müdafiə naziri, briqada generalı Hüseyn Dehqan iştirak edib.

Məlumata görə, “Ghadir” raketinin uçuş məsafəsi 300 kilometrdir. Raket həm qurudan, həm də gəmilərdən istifadə oluna bilər. “Nasr-e Basir”in texniki göstəriciləri açıqlanmır, ancaq qeyd edilir ki, onun hazırlanması üçün “ağıllı raket” texnologiyalarından istifadə edilib.

“Karrar-4” “Aviation Industries Organization” İran şirkəti tərəfindən hazırlanıb. Nəşrin məlumatına görə, pilotsuz uçuş aparatı böyük hündürlükdə uçan düşmən təyyarələrini aşkarlaya bilir. “Karrar-4” hava hücumundan müdafiəni təşkil etmək üçün müxtəlif silahlarla təhciz olunub. “Mohajer-4” isə həm hərbi, həm də mülki öbyektlərin izlənilməsi üçün hazırlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm