ABŞ-dan xəbərsiz Liviyada əməliyyat təşkil olundu
Bizi izləyin

Dünya

ABŞ-dan xəbərsiz Liviyada əməliyyat təşkil olundu

Misir və Birləşmiş Ərəb Əmirliyi ABŞ-a xəbər vermədən Liviyada hərbi əməliyyat təşkil edib.

Publika.az xəbər verir ki, ABŞ-ın “Nyu York Tayms” qəzetinin xəbərinə görə, paytaxt Tripolini işğal etmək üçün döyüşən islam yaraqlıları Misir və BƏƏ-yə aid qırıcıları bir həftədə iki dəfə vurub.

ABŞ səlahiyyətlisinin iddiasına görə, Obama hakimiyyətinə xəbər vermədən Misir və BƏƏ Liviyadakı islamçı yaraqlıların düşərgələrinə bir həftədə iki dəfə əməliyyat təşkil edib.

Həmin səlahiyyətlinin sözlərinə görə, Misir və BƏƏ xüsusi təyinatlıları Liviyanın şərqindəki Dərna şəhərində islam yaraqlılarına aid bir bazaya əməliyyat təşkil edib. Əməliyyat nəticəsində yaraqlıların bazası yerlə-yeksan edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm