Alman mütəxəssis: “İŞİD terroru daha 20 il davam edər”
Bizi izləyin

Dünya

Alman mütəxəssis: “İŞİD terroru daha 20 il davam edər”

İŞİD terroru hələ 20 il ərzində Almaniya üçün təhlükə olaraq qala bilər.

Publika.az xəbər verir ki, belə bir proqnozla Almaniyanın məşhur terror mütəxəssisi Peter Neumann ölkəsinin “Bild” qəzetinə verdiyi müsahibəsində çıxış edib.

İŞİD-lə əlaqədar şok iddialar irəli sürən P.Neumann bildirib ki, bu gün və yaxud da sabah Berlində partlayışın baş verməməsi təhlükənin aradan qalxdığını deməyə əsas vermir.

“Ancaq ən azı 20 il bir nəsil bu təhlükə altında yaşamaq məcburiyyətində qala bilər. Burada gənc “Əl-Qaidə” yaradılır. Yaşları 17 olan çoxlu sayda cihadçıya təlim keçirilib. Bunlardan təxminən 2 min 400-ü Qərb ölkələrindən gəlib, 300-400-ü isə Almaniyadan qatılıb. Qərbli cihadçılar ideoloji olaraq daha motivasiya olunmuş və daha qəddardırlar. Bunların ən azından bəzilərinin gec və ya tez Almaniyada terror aktına imza atmayacaqlarını deyə bilmərik”, - almaniyalı terror mütəxəssisi bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm