ABŞ Ukraynaya keçən Rusiya hərbi texnikasının sayını açıqladı
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya keçən Rusiya hərbi texnikasının sayını açıqladı

Rusiya hakimiyyəti Ukraynanın şərqinə ağır silahların böyük partiyasını çatdırmaqda və Ukrayna ordusunun mövqelərinə atəş açmaqda davam edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Stiven Uorren bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Rusiyadan Ukraynaya keçən hərbi texnikanın sayını dəqiq müəyyənləşdirə bilməsə də, onların sayı yüzlərlədir. Pentaqonun mətbuat katibi onların arasında “Buk” zenit-raket kompleksi kimi silahların da olduğunu deyib.

“Biz növbəti dəfə rusiyalıları Ukraynada separatçılara dəstəyini dərhal dayandırmağa və münaqişənin dinc yolla tənzimlənməsi üçün səy göstərməyə çağırırıq”, - S.Uorren deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm