Qaçırılan çinlilər üçün əməliyyat başlandı
Bizi izləyin

Dünya

Qaçırılan çinlilər üçün əməliyyat başlandı

Türkiyədə istilik elektrik stansiyasına edilən hücum nəticəsində qaçırılan üç çinli işçinin azad olunması üçün əməliyyat başlayıb.

Publika.az xəbər verir ki, Şırnakın Silopi rayonunun yaxınlığında yerləşən istilik elektrik stansiyasına dünən PKK terror təşkilatının üzvləri raket və avtomatlarla hücum edib.

Hücumda bir təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb, stansiyada işləyən üç çinli işçi isə qaçırılıb. Qaçırılan çinli işçilər üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Təxminən 400 çinli işçinin işlədiyi stansiyada mətbuatın çəkiliş aparmasına icazə verilmir.

Stansiyaya atılan zaman partlamayan raket təhlükəsiz bir şəraitdə partladılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm