• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məktəbli polislərə atəş açdı

  • Dünya
  • 26 Avqust 2014 17:47
  • 456 Baxış
Məktəbli polislərə atəş açdı

Rusiyanın Altay vilayətindəki kəndlərdən birində faciə baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son vaxtlar Altay vilayətində mağazaların gecə vaxtı kütləvi soyulması faktı qeydə alınıb. İstintaqı aparan hüquq mühafizə orqanları cinayətin izi ilə Balıktyul kəndinə gəliblər. Polis işçiləri cinayətdə şübhəli bilinən şəxsin evində axtarış aparmaq istəyəndə onlara atəş açılıb. Polis işçilərindən biri başından yüngül yara alıb.

Sonradan məlum olub ki, atəş açan məktəbyaşlı yeniyetmədir. O, cinayətdə şübhəli bilinən şəxsin kiçik qardaşı imiş. Polislərə ov silahı ilə atəş açan məktəbli sonda özünü güllələyərək intihar edib. Faktla bağlı araşdırma gedir.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR