Bərzani: “İŞİD-i Kürdüstanda məhv edəcəyik”
Bizi izləyin

Dünya

Bərzani: “İŞİD-i Kürdüstanda məhv edəcəyik”

“Peşmərgə İŞİD-ə qarşı əməliyyatlara davam edəcək. İnşallah, terror təşkilatını Kürdüstan torpaqlarında məhv etmək şərəfinə nail olacağıq”.

Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri İraq Kürd Regional Rəhbərliyinin (İKRR) lideri Məsud Bərzani İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra deyib.

M.Bərzani İranın bölgəyə silah göndərən ilk ölkə olduğunu qeyd edib. Jurnalistlərin suallarını cavablandıran İKRR lideri başqa ölkələrin köməyi olmadan da İŞİD-i məhv edəcək iradəyə sahib olduqlarını vurğulayıb.

“Lakin hərbi yardımlar bölgəyə çatdığı zaman peşmərgə qüvvələrinin böyük zəfərlərə imza atdığını gördük. Peşmərgə əməliyyatlara davam edəcək. İnşallah, İŞİD-i Kürdüstan torpaqlarında məhv etmək şərəfinə nail olacağıq”, - M.Bərzani vurğulayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm