Ukrayna hərbi verginin yığılması müddətini uzadır
Bizi izləyin

Dünya

Ukrayna hərbi verginin yığılması müddətini uzadır

Ukraynanın 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyi əmək haqqından müvəqqəti hərbi verginin tutulması müddətinin uzadılması haqqında təklifləri hazırlamağa qərar verib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, nazirlik 2015-ci ilin əvvəlinə kimi tətbiq edilməsi nəzərdə tutulan qanunun 2015-ci ildə də qüvvədə qalmasını istəyir.

Xatırladaq ki, 31 iyul tarixində Ali Rada “Dövlət büdcəsinə və vergi kodeksinə dəyişiklikləri” qəbul edib. Dəyişikliklərə görə, 1 yanvar 2015-ci ilə qədər fiziki şəxslərin əmək haqqlarından, mükafatlardan və onlara verilən digər ödəmələrdən 1,5 faiz hərbi vergi tutulacaq. Vergilərdən əldə olunan gəlirin hamısı Ukrayna Silahlı Qüvvələrin maliyyələşdirilməsinə xərclənəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm