Müharibə başladı: Rusiya ordusu Ukrayna sərhədini 8 kilometr keçdi
Bizi izləyin

Dünya

Müharibə başladı: Rusiya ordusu Ukrayna sərhədini 8 kilometr keçdi

Rusiya Federasiyasının nizami hərbi birləşmələri Ukraynaya soxularaq Novoazovsk şəhəri istiqamətinə irəliləyir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə hərbi jurnalist Roman Boşkala “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, sərhədi keçən Rusiya hərbçiləri blokpostlar qurur.

“Rusiya ordusu Taqanroq tərəfindən Ukrayna ərazisinə soxulub. Bu barədə sərhədçilər və könüllü batalyonların döyüşçüləri bildirirlər. Rusiya tərəfdən 30 tank, xeyli sayda zirehli texnika və canlı qüvvə artıq Ukrayna ərazisindədir. Ukrayna ərazisinin 8 kilometrliyində olan ruslar 6 sərhəd kəndinə nəzarət edirlər”, - hərbi jurnalist qeyd edib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri qurduğu hər postda 3 tank və 2 zirehli texnika yerləşdirir. Hərbi jurnalist Novoazovskin itiriləcəyi haldas Mariupola yolun açılacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm