Öcalan 15 ildən sonra bir ilk yaşayacaq
Bizi izləyin

Dünya

Öcalan 15 ildən sonra bir ilk yaşayacaq

Türkiyə hökuməti “kürd məsələsi”nin həlli ilə bağlı “yol xəritəsi” sentyabr ayında açıqlamağı nəzərdə tutur.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, danışıqlarda PKK lideri Abdullah Öcalanın bir video ilə mesaj göndərməsi barədə razılıq əldə olunub.

Bu ilin fevral ayında A.Öcalanın şəkilləri mediada yayılmışdı. Öcalanın video ilə mesajının yayılması isə 15 ildən sonra bir ilk olacaq. Xatırladaq ki, 1999-cu ildən İmralı adasında həbsxanada Öcalanın həmin tarixdən ictimaiyyətə açıqlanan videogörüntüsü olmadı. Onun son şəkilləri BDP heyəti ilə çəkilmiş və fevral ayında mətbuatda dərc olunmuşdu.

Məlumata görə, sentyabr ayında “yol xəritəsi”nin açıqlanmasından sonra A.Öcalanla görüşlər keçiriləcək, eyni zamanda həll prosesində daha konkret məsələlər müzakirə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm