Qəzzadan gözlənilən açıqlama: müzakirələr başa çatdı
Bizi izləyin

Dünya

Qəzzadan gözlənilən açıqlama: müzakirələr başa çatdı

Qəzzada uzunmüddətli atəşkəs barədə razılaşma əldə olunub.

Publika.az-ın “Associated Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas fələstinli qruplar ilə İsrail arasında uzunmüddətli atəşkəsin əldə olunduğunu açıqlayıb.

O, atəşkəsin yerli vaxtla saat 19:00-da başlayacağını söyləyib. İsrail rəhbərliyi də Misirin atəşkəs təklifini qəbul etdiyini bildirib. Atəşkəs razılaşmasının detallarının isə Misir tərəfindən açıqlanacağını bildirilir.

Həmas liderlərindən Əbu Merzuk “müzakirələr başa çatdı, atəşkəs təmin edildi” deyib. Həmasın siyasi bürosunun rəhbəri Xalid Məşəl isə razılaşma barədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məlumat verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm