Sensasion açıqlama: “NATO Gürcüstan və Ukraynanı qəbul edə bilər”
Bizi izləyin

Dünya

Sensasion açıqlama: “NATO Gürcüstan və Ukraynanı qəbul edə bilər”

Ərazi problemlərinin olmasına baxmayaraq, NATO Ukrayna və Gürcüstanı tərkibinə qəbul edə bilər.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Rusiyadakı məlumat bürosunun direktoru Pobert Pşel bildirib.

“Formal nöqteyi-nəzərdən bu, əlbəttə ki, mümkündür. Ərazi problemləri NATO-ya üzv olan digər ölkələrdə də var idi. Baltikyanı ölkələrdən biri (Estoniya-red) ittifaqa daxil olanda sərhəd xətti haqqında Rusiya Federasiyası ilə yekun müqaviləsinə malik deyildi. Halbuki bunu problem hesab etmək olardı. NATO üzvləri bu problemə kompleks baxır. Yəni, hamı qəbul edir ki, bu ölkə günahkar deyil”, - Pşel deyib.

R.Pşel həmçinin bildirib ki. Ukrayna Gürcüstandan fərqli olaraq, NATO-ya daxil olmaq arzusunu ifadə etməyib. NATO-nun Uels sammiti 4-5 sentyabr tarixlərində keçiriləcək. Sammitdə NATO-Ukrayna və NATO-Gürcüstan birgə komissiyalarının görüşləri də baş tutacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm