İsrail təsdiqlədi: fələstinlilər küçələrə axışdılar
Bizi izləyin

Dünya

İsrail təsdiqlədi: fələstinlilər küçələrə axışdılar

İsrail-Fələstin arasında razılığın əldə edilməsi xəbərini İsrail tərəfi də təsdiqləyib.

Axar.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi sözçüsü İqal Palmor Misirin atəşkəs təklifini qəbul etdiklərini bildirib. Palmor atəşkəsin şərtləri və detallarını daha sonra açıqlayacaqlarını qeyd edib.

Misirin paytaxtı Qahirədə əldə edilən sülhün yerli vaxtla 21:00-da qüvvəyə mindiyi vurğulanıb.

Qəzzaya humanitar yardımların keçidi və fələstinli balıqçıların Qəzza sahillərində 3 mildən 6 milə qədər üzmələri məsələsində razılıq əldə edilib. HƏMAS-ın digər tələblərindən olan hava limanı ilə bağlı isə bir neçə gün içərsində müzakirələrin aparılacağı gözlənilir.

Əldə edilən bu razılıqdan sonra Qəzzada insanlar küçələrə axışaraq razılaşmanı qeyd ediblər.

Xatırladaq ki, Fələstin Prezidenti Mahmud Abbas da sülhün əldə edildiyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm