Obamadan İŞİD-ə mesaj: “Amerika unutmaz, əlimiz hər yerə çatır”
Bizi izləyin

Dünya

Obamadan İŞİD-ə mesaj: “Amerika unutmaz, əlimiz hər yerə çatır”

ABŞ prezidenti Barak Obama İŞİD terror təşkilatına yenidən mesaj göndərib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Obama amerikalı jurnalist Foleyi öldürən İŞİD-in “arxasını bıraxmayacaqlarını” bildirib.

“Xalqımıza zərər verənlərə mesajımız dəqiqdir: Amerika unutmaz, əlimiz hər yerə çatır, səbrliyik, ədalət yerini tapacaq”, - Barak Obama Çarlotte şəhərində təqaüdçü hərbçilərin ənənəvi konfransında söyləyib.

ABŞ prezidenti eyni zamanda İŞİD kimi bir xərçəngin kökünü qazmağın asan və sürətli olmayacağını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm