Poroşenko Putinlə görüşdən dərhal sonra qərar verdi
Bizi izləyin

Dünya

Poroşenko Putinlə görüşdən dərhal sonra qərar verdi

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdən dərhal sonra Avropa Birliyi təmsilçiləri ilə görüşmək istəyini açıqlayıb.

Axar.az ria.ru-ya istinadla xəbər verir ki, görüşün Ukraynanın Minskdəki səfirliyində keçirilməsi planlaşdırılır. Amma məhz kimlərlə görüşmək istədiyi bildirilmir.

Hazırda AB-nin baş diplomatı Ketrin Eşton, AK-nın enerji məsələləri üzrə vitse-prezidenti Hünter Ettinqer və ticarət üzrə komissar Karel de Quxt Minskdədir.

Bu dəqiqələrdə Poroşenko Ketrin Eştonla yekun müzakirələr aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm