Lukaşenko: “Razılaşma əldə olunub”
Bizi izləyin

Dünya

Lukaşenko: “Razılaşma əldə olunub”

Gömrük İttifaqı – Avropa Birliyi – Ukrayna formatında keçirilən sammitdə Minskin Ukraynadakı problemin həlli ilə bağlı danışıqlar meydanı olması barəsində razılaşma əldə olunub.

Publika.az UNİAN-a istinadən xəbər verir ki, bunu Belorus Prezidenti Aleksandr Lukaşenko sammit barəsində verdiyi açıqlamasında deyib. Hər kəs Ukrayna Prezidenti Pyotr Poroşenkonun Minskin danışıqlar üçün daimi meydan olması təklifini qəbul etdi.

Lukaşenko bildirib ki, görüş iştirakçıları Ukraynanın Avropa Birliyi ilə bağlayacağı assosiativ müqaviləyə görə Gömrük İttifaqının bütün narazılıqlarının aradan götürülməsi ilə bağlı təkliflər hazırlayacağı məsələsində razılıq əldə ediblər.

Belorus prezidentinin sözlərinə görə, Minskdə Ukrayna böhranı ilə bağlı olduqca ciddi və çətin danışıqlar aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm