Qanuni oğru Sumbat Abbasov həbsxanadan qaçdı
Bizi izləyin

Dünya

Qanuni oğru Sumbat Abbasov həbsxanadan qaçdı

Qanuni oğru Sumbat Abbasov Rusiyada həbs edilmiş xarici vətəndaşların saxlanıldığı Severnı qəsəbəsindəki təcridxanadan qaçıb.

Bu, son illərdə həmin həbsxanadan artıq ikinci məşhur avtoritetin qaçışıdır. 2008-ci ildə gürcü “vor zakon” Giya Manaqadze də təcridxanadan canını qurtara bilmişdi.

Kriminal aləmdə Sumbat Abbasov oğru qanunlarına tam riayət edən azsaylı avtoritetlərdən sayılır. Üst-üstə keçən 20 illik məhbəs həyatı zamanı o, ənənələrdən kənara çıxmayıb və məhbusların hörmətini qazanıb.

Sumbat 2009-cu ilin noyabrında Rusiyaya qeyri-leqal keçdiyinə görə saxlanılaraq təcridxanaya göndərilmişdi. Təcridxanadan qaçmasaydı, hansı ölkəyə təhvil veriləcəyi haqda qərarı hələ uzun müddət gözləməli olacaqdı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm