Amerikanın şər üzü - Quantanamo – araşdırma
Bizi izləyin

Dünya

Amerikanın şər üzü - Quantanamo – araşdırma

Məhbus, islamı qəbul edən nəzarətçi və jurnalist Quantanamoda yaşanan fəlakətlərdən söhbət açır; video reportajın məzmunu; şok detallar...

ABŞ-ın nüfuzlu saytlarından olan “VICE News” Quantanamo həbs düşərgəsində nəzarətçi işləmiş bir amerikalı ilə geniş video-müsahibə götürüb. Terri Holdbrooks bu düşərgədə hərbi xidmətə başladıqdan 6 ay sonra islamı qəbul edib. O, sayta müsahibəsində bu həbs düşərgəsində baş verən qeyri-qanuni əməllər barədə ətraflı məlumat verib. Bundan başqa sayt hazırda Sarayevoda yaşayan keçmiş Quantanamo məhbusundan da müsahibə götürüb.

Saytın əməkdaşı Quantanamoda olaraq bəzi məsələlərə yerindəcə aydınlıq gətirib. Həmin reportaja keçməmişdən bu həbs düşərgəsi haqqında illər öncə yazmağa göstərdiyim cəhd və bəlli statistik məlumatlara nəzər salaq.

Haşiyə çıxaraq qeyd edim ki, İsveçrədə də Quantanamo həbsxanasından keçmiş insanlar var. Bu barədə yerli media məlumat vermişdi. İş orasındadır ki, həmin şəxslər Çin uyğurları idi. Amerika başa düşürdü ki, onları Çinə geri təhvil vermək olmaz. Çünki Çin uyğurları, xüsusən islamçı və millətçi uyğurları sorğu-sualsız edam edir. ABŞ beynəlxalq qınaqdan yan keçmək üçün həmin uyğurları Çinə qaytarmadı. İsveçrə onlara sığınacaq verməyi öz üzərinə götürdü. Həmin şəxslərlə görüşmək üçün İsveçrədəki uyğur təşkilatı ilə əlaqə saxladım. Onlar bu işin təşkilinə yardımçı olacaqlarını bildirdilər. Az sonra bəlli oldu ki, Quantanamodan yeni qurtulmuş uyğurlar müsahibə verməkdən çəkinirlər. Əlavə problemlərlə üzləşməkdən ehtiyat edirlər. Yəni, bu mövzu mənim üçün əvvəllər də cəlbedici görünmüşdü...

* * * *

Quantanamo ilə bağlı statistik məlumatlarsa əsasən aşağıdakılardan ibarətdir. Bu həbs düşərgəsi (Guantanamo Bay Detention Camp) Kubada yerləşsə də, 1903-cü ildən ABŞ-ın ixtiyarındadır. Sahəsi 115 kvadrat kilometr olan adada 2.700 ABŞ hərbçisi var. Ada hərbi baza kimi istifadə olunur. Bu ərazi müxtəlif illərdə müxtəlif hadisələrlə yadda qalıb. Əsasən ələ keçmiş terrorçular burada ən ağır şərtlər altında saxlanılır. 11 sentyabr hadisələrində günahlandırılan bir çox məhbus indi də oradadır.

2001-ci ilin yanvar ayının 11-də Əfqanıstan müharibəsində həbs edilmiş birinci qrup Quantanamo həbs düşərgəsinə göndərildi; beləliklə ABŞ-ın terrorizmə qarşı mübarizədə əsas zindanı funksiyası bu düşərgəyə verildi.

11 sentyabr hadisəsindən sonra məlumat toplamaq məqsədi ilə Quantanamoda məhbusları ağır işgəncələrə məruz qoydular. Əlbəttə, Quantanamo körfəzindəki ABŞ-ın dəniz qüvvələri bazasının zindana çevrilməsi təsadüfi deyil. Çünki bu baza ölkənin məhkəmə səlahiyyətlərindən kənar ölkədə yerləşir.

Guantanamo həbs düşərgəsində insan haqlarının pozulmasını sübuta yetirən müxtəlif video görüntüləri və təsvirlərin yayımlanmasından sonra dünya şok yaşadı. Xüsusən, məhbusların zorlanmasını göstərən video və foto görüntülər Amerikaya qarşı vuruşan islam mücahidlərinə güclü təbliğat imkanları verdi. Bəlli oldu ki, burada məhbusları su ilə boğmaq və zorlamaq, müxtəlif növ işgəncələrə məruz qoymaq normal hal hesab olunur. Və bu ərazi hüquqi baxımdan ABŞ-dan kənarda olduğuna görə hüquq müdafiəçilərinin ora girişi son dərəcə çətin idi. Zatən ABŞ bilərəkdən məhz hərbi bazanı zindana ona görə çevirmişdi ki, məhbuslara gözdən-könüldən uzaq yerdə divan tutsun...

Seçki kampaniyasında düşərgənin bağlanacağına söz verən, lakin Konqresin rəyini ala bilməyən Obama, orda başlayan kütləvi aclıq aksiyasından sonra düşərgənin bağlanması üçün işlərin surətləndiriləcəyini açıqlamışdı: “Quantanamo Amerikanın təhlükəsizliyi üçün lazım deyil. Amerika siyasətinə uyğun gəlmir, terrorla mübarizədə bizim məqsədimizlə üst-üstə düşmür. Bağlanması çox vacibdir”.

11 sentyabr hadisələrindən sonra ABŞ-ın terror hadisələrində günahlandırdığı 166 dustağın 2/3-si bir müddət orada aclıq aksiyası keçirmişdi.

2009-cu il yanvarın 22-də Obama tərəfindən imzalanan sərəncama əsasən 2010-cu ilin yanvar ayının 22-də Quantanamo həbsxanası bağlanmalı idi . Ancaq prezident bu vədinə əməl edə bilmədi və Obamanın imzaladığı növbəti qanun layihəsinə əsasən Quantanamo həbs düşərgəsinin bağlanması təxirə salındı. Hələ də bu həbs düşərgəsi fəaliyyətdədir. Bağlanacağına isə heç güman da yoxdur.

“VICE News” saytı yazır ki, bu həbsxanadan indiyə kimi təxminən 800 dustaq keçib. Hazırda isə orada 150 dustaq saxlanılır.

* * * *

Video reportaj Quantanamo həbs düşərgəsindəki mətbəxdən başlayır. Məhbuslara verilən yeməklərin çeşidi və keyfiyyəti barədə müəyyən təəssürat yaranır. Jurnalist xanım Gianna Toboni asiya əsilli aşpazla söhbət edir. Onun müşayiəti ilə hazırlanan yeməklər nümayiş olunur...

“Həbsxananın içində hər şey ən üst səviyyədədir. Təmizlik, səliqə-səhman. Məhbusların saxlanma şəraiti. Onların istifadə etdiyi təmiz paltarlar. Tibbi xidmət, kitabxana, müxtəlif elektron oyunlar. Həbsxananın rəhbərliyi çəkilişlərə icazə versə də sonradan həmin çəkilişləri senzuradan keçirib"

“Burada menyu də var. Bugünkü yemək sarımsaqlı toyuqdur. Bir az balıq da var, tərəvəzimiz də. Bu isə Yaxın Şərqdə yeyilən lavaşdır. Bu isə şokaladlı keksdir. Yulaf unundan hazırlanmış keksimiz də var. Onların (məhbusların) yeməklə bağlı seçim imkanları var.

-Məhbuslar bu yeməkləri xoşlayırlar?

-Çoxları yeməklərimizi bəyənir. Özü də onlar bu yeməkləri isti-isti yeyirlər...

Daha sonra isə Quantanamo çimərliyi nümayiş etdirilir. Jurnalist deyir ki, burada belə gözəl idman mərkəzlərinin və qurğularının olmasını heç təsəvvür edə bilməzdim. Adada son dəbdə tikilmiş paltar satılan mağazalar da var. Ancaq burlardan cəmi bir neçə kilometr kənarda dünyada ən çox məşhur olan həbsxana yerləşir. 11 sentyabr hücumlarını təşkil etdiyini etiraf edən Xalid Şeyx Məhəmməd də orada saxlanılır.

MakDonald'sdan - ABŞ-ın dünyaca ünlü fəstfud şəbəkəsindən çıxan jurnalist əlindəki yeməyi və plastik stəkandakı Coca-Colanı göstərərək, reportajı davam etdirir.

İndiyə qədər gördüklərimizdən aydın olur ki, bu ada da Amerikanın bir parçası kimidir. Sadəcə formal olaraq Kubaya aiddir...

Daha sonra jurnalist yuxarıda vurğuladığımız statistik məlumatları sadalayır. Obamanın bu həbs düşərgəsini bağlaya bilməməsinə diqqət çəkir.

Həbsxananın içində hər şey ən üst səviyyədədir. Təmizlik, səliqə-səhman. Məhbusların saxlanma şəraiti. Onların istifadə etdiyi təmiz paltarlar. Tibbi xidmət, kitabxana, müxtəlif elektron oyunlar. Həbsxananın rəhbərliyi çəkilişlərə icazə versə də sonradan həmin çəkilişləri senzuradan keçirib. Nəticədə həmin çəkilişlərin az qala yarısı qara kvadratın içində göstərilir. Aydın hiss olunur ki, həbsxana rəhbərliyi Quantanamo ilə bağlı daşlaşmış mənfi imici dəyişmək üçün münasib olan kadrların gen-bol göstərilməsinə şərait yaradıb. Ancaq mənfi hesab oluna biləcək kadrları isə, sadəcə, silməklə problemi həll etməyə üstünlük verib.

Ən önəmlisi isə odur ki, jurnalist xanıma məhbuslarla söhbət etməyə imkan verilməyib. Təbii ki, onların rəyini dinləmək daha maraqlı olardı. Bütün bunlara baxmayaraq, jurnalistin gördüyü iş təqdirə layiqdir. O, öz reportajı ilə Quantanamo haqqında dolğun təsəvvür yaradır.

Jurnalistin etirafı da mənə maraqlı göründü: “Həbs düşərgəsini dolandıqca ortaya cavabdan çox suallar çıxır və bu suallara cavab verən tapılmır. Qadağalar imkan vermir”.

Jurnalist reportaj zamanı yazar Daniel Klaidmanın da Quantanamo həbsxanası ilə bağlı münasibətini təqdim edir. “Öldür və ya əsir götür” kitabının müəllifi də Quantanamo həbs düşərgəsinin qapadılması istiqamətində prezident Obamanın qarşılaşdığı uğursuzluğun səbəbləri barədə danışır. Həbsxanada baş vermiş qeyri-insanı davranışların dünyada doğurduğu rezonansın Amerikanın imicinə vurduğu zərbələrdən bəhs edir.

Şübhəsiz ki, bu reportajın ən maraqlı yeri Mustafa Ait İdir ilə bağlıdır. O, bosniyalıdır. O, 2001-ci ildə Bosniya hakim dairələri tərəfindən həbs olunaraq Sarayevoda ABŞ səfirliyinə təhvil verilib. Bir müddət NATO bazasında saxlanıldıqdan sonra, 2002-ci ildə Quantanamoya göndərilib. Jurnalist onunla Bosniyada görüşüb. Video-reportajdan da göründüyü kimi, şəxsi maşınını sürən keçmiş məhbus deyir ki, əgər uzun müddət bu ölkədə olmursansa sonra bu ölkəyə geri dönmək çox çətin olur.

Jurnalist bildir ki, Mustafa Sarayevodakı ABŞ səfirliyini partlatmağa cəhddə şübhəli bilinərək həbs olunub. Onların arasındakı dialoqa diqqət edək.

“Orada bir yer vardı-onlar məni təpikləyib məhbəsdəki hücrəmdən çölə atdılar. Məni balaca daşlar səpələnmiş yerə qoydular. Onlar mənim əllərimi və ayaqlarımı arxadan bağladılar. Əsgərlərdən biri tullana-tullana məni dizləri ilə döyməyə başladı. Sonra onlar rezin boru çıxardılar. Borunu zorla ağzıma dürtüb ora su buraxdılar. Onlar görəndə ki, mənim nəfəsim dayanır borunu ağzımdan çıxarırdılar. Mən nəfəs ala bilmirdim. Bədənimin içi su ilə dolmuşdu. Onlar məni söyə-söyə döyürdülər. Mən döyülməkdən huşumu itirmişdim"

-Siz Amerikanı necə tanıyırsız?

-Mən Amerika ilə yalnız filmlərdən tanışam.

Daha sonra keçmiş Quantanamo məhbusu alban dilində danışır: “Mən bir az böyüyəndən sonra öyrənmişdim ki, Amerika dünyanın böyük ölkələrindən biridir. İstər iqtisadiyyatı olsun, istər silahı olsun. Ancaq mən Quantanamodan geri döndükdən sonra Amerika haqqında fikirlərim kökündən dəyişdi. Bu məsələ ilə bağlı fərqli düşüncələrim var...

Biz Quantanamoya daxil olanda onlar bizi yerə uzandırdılar. Orada tikinti üçün daşlar vardı. Bizi soyundurmuşdular. Lüt idik. Bütün paltarlarımızı götürmüşdülər. Bizi elə vəziyyətdə oturmağa məcbur etdilər ki, o vəziyyətdə durmaq son dərəcə ağır idi. Sən hərəkət belə edə bilməzdin, danışmaq da olmazdı. Bütün bunlar cəza kimi nəzərdə tutulmuşdu. Biz vedrədən hamam kimi istifadə edirdik. Onlar bizə iki vedrə verdilər. Bir vedrədəki su ilə hamama getməli, ikinci vedrədəki suyu isə içməli idik.

-Nəzarətçilər haqqında nə deyə bilərsiz?

-Onların bizimlə necə rəftar etdiyini sizin üçün təsvir edə bilməyəcəm. Sadəcə onu deyim ki, onlar bizimlə heyvandan da pis davranırdılar. Əgər biz heyvan olsaydıq, insanlar bizimlə elə rəftar etməzdilər. Orada bir yer vardı-onlar məni təpikləyib məhbəsdəki hücrəmdən çölə atdılar. Məni balaca daşlar səpələnmiş yerə qoydular. Onlar mənim əllərimi və ayaqlarımı arxadan bağladılar. Əsgərlərdən biri tullana-tullana məni dizləri ilə döyməyə başladı. Sonra onlar rezin boru çıxardılar. Borunu zorla ağzıma dürtüb ora su buraxdılar. Onlar görəndə ki, mənim nəfəsim dayanır borunu ağzımdan çıxarırdılar. Mən nəfəs ala bilmirdim. Bədənimin içi su ilə dolmuşdu. Onlar məni söyə-söyə döyürdülər. Mən döyülməkdən huşumu itirmişdim. O biri əsgər də ona kömək edirdi. Onlar əli-qolu bağlı vəziyyətdə olan məni döyürdülər. Dizləri ilə sifətimə ağır zərbələr endirirdilər. O döyülməkdən sonra bir neçə gün sifətimi belə hiss etmirdim. Sanki üzüm iflic olmuşdu. Üzümün sol tərəfi elə bil ki, heç yerində yox idi, tam sıradan çıxmışdı. Onlar humanizmdən tamamilə uzaq varlıqlar idi.

Jurnalist soruşur ki, siz islamçılara qoşulub Əfqanıstana getmişdiz. Cihad edənlərə qoşulmuşduz. Sarayevodakı Amerika səfirliyini partlatmaq istəyirdiz:

-Bu sadaladıqlarım doğrudurmu?

-Mən deyirdim ki, bu kimi ittihamlar məntiqdən kənardır. Mən Bosniyadan min-min kilometrlərlə uzaq olan Əfqanıstana vuruşmağa necə gedə bilərdim? Bu, mümkün deyildi. Mən FBİ və ya CİA-dən olan müstəntiqdən soruşdum ki, siz mənə izah edə bilərsizmi ki, nədən mən buradayam? Mənim Quantanamoda nə işim var? Müstəntiq dedi ki, onlar səni Bosniya və Herseqovinada nəyə görə ittiham etmişdilər? Dedim ki, Bosniyada hər dəfə mənə bir ittiham irəli sürülürdü. Burada da bir dəfə deyirdilər ki, sən Talibanın üzvüsən, ikinci dəfə deyirdilər yox, sən “əl-Qaidə”nin döyüşçüsüsən. Deyirdilər ki, sən terrorçusan. Ancaq hər dəfə ittihamlar fərqli olurdu. Sonra mən onlara dedim ki, mən sizə məlumat vermək üçün buradayam? Bundan sonra siz məndən bir söz də eşitməyəcəksiz. Heç bir suala cavab verməyəcəm. Dediyim kimi də etdim, mən onlara cavab vermədim. Ta o vaxta qədər ki, onlar məni Quantanamodan azad etdilər...

* * *

Reportajın davamında biz yenidən həbsxananın daxilindəki çəkilişlərlə üzləşirik. Ancaq senzuradan qara keçən kadrlar o qədə çoxdur ki, bəzən söhbətin nədən getdiyini belə unudursan. Burada jurnalist Gianna Toboninin həbsxananın rəisi admiral Ricard Butlerlə atüstü söhbəti maraqlıdır. Admiral jurnalistə təkidlə bildirir ki, onun rəhbərlik etdiyi həbsxanada hər şey qanunla tənzimlənir, məhbuslarla ədalətli rəftar olunur. Kimsənin bu həbsxanadan şikayəti ola bilməz...

Daha sonra jurnalist Terri Holdbrooksla məsciddə görüşür. Buradaca qeyd edək ki, bu şəxs xeyli məşhur adamdır. Qərbin bir sıra nəhəng media orqanları onun haqqında geniş yazılar hazırlayıb.

“O, 2003-cü ildə- 19 yaşında içkiyə, rok musiqisinə və bədənə döyülən şəkillərə ifrat meylli və başlıcası isə allahsız kimi Quantanamo həbs düşərgəsinə hərbi xidmətə gəldi. Oradan gedəndə isə o, çiyin-çiyinə xidmət etdiyi insanlar tərəfindən nifrətlə rədd edilmişdi, əvəzində həbsdə saxlanılan məhbuslar tərəfindən sevilmişdi, ən heyrətamizi isə o idi ki, Terri Holdbrooks məhbusların birinin iştirakı ilə islamı qəbul etmişdi. Üstəlik, həmin məhbusu özünün rəhbəri kimi tanımışdı”

Biz də “VICE News”un reportajında Mustafa Ait İdir kimi epizodik planda verilən bu şəxs haqqında daha geniş məlumat verməyi lazım bildik. Və onun haqqında mediada gedən yazıların ən maraqlı yerlərin bir araya gətirdik.

Məsələn, “The Guardian” hələ 2009-cu ildə onun haqqında belə yazmışdı: “O, 2003-cü ildə- 19 yaşında içkiyə, rok musiqisinə və bədənə döyülən şəkillərə ifrat meylli və başlıcası isə allahsız kimi Quantanamo həbs düşərgəsinə hərbi xidmətə gəldi. Oradan gedəndə isə o, çiyin-çiyinə xidmət etdiyi insanlar tərəfindən nifrətlə rədd edilmişdi, əvəzində həbsdə saxlanılan məhbuslar tərəfindən sevilmişdi, ən heyrətamizi isə o idi ki, Terri Holdbrooks məhbusların birinin iştirakı ilə islamı qəbul etmişdi. Üstəlik, həmin məhbusu özünün rəhbəri kimi tanımışdı”.

Qəzet yazır ki, biz onunla görüşəndə o, özünü Terri Holdbrooks kimi yox, daha çox yeni adıyla- Mustafa Abdullah kimi təqdim edirdi. Onun başında müsəlmanların qoyduğu qara papaq vardı, sıx saqqal saxlamışdı...onun sağ əlində isə “şeytan tərəfindən idarə olunur” döyməsi aydın görünürdü. Bu tatu onun allahsız illərindən yadigar qalmışdı...

“The Guardian”a müsahibəsində Quantanamoya gəlməmişdən əvvəl keçdiyi hərbi hazırlıq barədə isə belə demişdi: “Bizə İslam haqqında bir şey öyrətmədilər. Bizə mütəmadi olaraq 11 sentyabr terror aktı zamanı Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin partlayışdan sonrakı xarabalıqları göstərirdilər. Bizi inandırırdılar ki, bu məhbuslar dünyanın ən pis məhbuslarıdır. İnsanların ən pisi də onlardır. Onlar Amerikaya, bizim Azadlığımıza nifrət edirlər. Onlar bin Ladenin sürücülərdir, aşpazlarıdır, əllərinə düşən ilk fürsətdə bizi öldürərlər”...

Amerikalı qəzetlə bəzi müşahidələrini də paylaşmışdı: “Həbsxanada gördüyüm kəslərdən birinin 16 yaşı vardı. O, heç vaxt okean görməmişdi. O, heç bilmirdi ki, dünya şar formasındadır. Mən düşünürdüm ki, belə birisi terror müharibəsi haqqında nə bilər ki”...

Amerikanın şər üzü - Quantanamo – araşdırma - video

Müsəlman məhbusların “gözəl nəzarətçi” adlandırdığı amerikalı haqqında bu dəfə “VICE News” söhbət açmışdı. Həmin video-reportajdakı bəzi məqamlara da nəzər salaq. Budur, İslamı qəbul etmiş sabiq Quantanamo nəzarətçisi digər amerikalı müsəlmanlarla birlikdə ibadət edir. Daha sonra əlinə mikrofon alaraq öz fikirlərini onlarla bölüşür. Bildirir ki, müsəlmanlar Amerika qanunlarının verdiyi azadlıqlardan düzgün istifadə edərək təşkilatlanmalıdırlar. Bu arada isə başını örtərək məscidə gəlmiş xanım jurnalist onun hərəkətlərini şərh edir...

Bildirir ki, Terri Holdbrooks sadəcə islamı qəbul etmədi. O, sosiologiya ilə bağlı təhsilini başa vurdu və Quantanamonın qapadılması üçün mübarizəyə başladı. Bunun üçün kitab belə yazdı. Onun qələmindən çıxmış “Satqınmı?” əsəri indi də maraqla qarşılanır. Kitabda müəllif həbs düşərgəsində qarşılaşdığı vəziyyətləri, şəxsi müşahidələri və yaşantıları, məhbusların ağır və məşəqqətli durumları barədə düşüncələrini əks etdirməyə çalışıb...

“Ən ağır şərtlər altında belə bu insanlar inanırdılar ki, onların yanında olan, onlara dəstək olan Allah var. Və onlar bu məşəqqətlərin içində də Allahla bir idilər. Mən bir amerikalı kimi dünyada olan bütün azadlıqlara sahib idim. Ancaq mən yuxudan bədbəxt əhval-ruhiyyədə qalxırdım. Çünki bu insanlar qəfəsin içində idi, onlar gülə-gülə hər gün 5 dəfə Allaha əl açırdılar. Mən də məhbus müsəlmanların şahidliyi ilə 2003-cü ilin dekabrında islamı qəbul etdiyimi bəyan etdim”

Sabiq nəzarətçinin evini əks etdirən kadrlarda isə o, xanımı ilə brlikdə namaz qılırkən görüntülənir.

O, jurnalistə bildirir ki, Quantanamoda bizə hər gün eyni şeyləri eşidirdik. “Əl-Qaidə”, Taliban bizim düşmənimizdir. Buna müvafiq olaraq biz də onlarla eyni rəftar etməliyik. Günahsız insanlar vardı ki, seksual zorakılıq yolu ilə onlardan ifadə almağa çalışırdılar. Nəticədə elə nəzarətçilər vardı ki, orada məhbusları az qala döyüb öldürmüşdü.

Terri Holdbrooks deyir ki, o, islamı qəbul edəndən sonra bütün dostları ondan üz çevirdi, İnternetdə ölümlə hədələndi, “satqın” ləqəbi qazandı...

Bütün bunlara baxmayaraq o, geri çəkilmədi. Əksinə fəaliyyətin daha da genişləndirdi. Amerika Müsəlmanlarının Leqal Fondunda mətbuat katibi oldu.

O, 2003-2004-cü illəri həbsxana nəzarətçisi kimi xidmət etdi. O, deyir ki, Amerika əsgərlərinin orada törətdiyi vəhşiliklər haqqında kimsə mənə söhbət açsaydı, heç vaxt inanmazdım. Mənim düşüncəmə görə, Amerika əsgərinin belə yaramazlıqlar etməsi mümkünsüz idi: “Mən görürdüm ki, məhbuslara zülm etmək üçün onları pis vəziyyətdə 8 saat durmağa vadar edirdilər. (İngilis dilində bu vəziyyət “stress position” kimi verilir. Deməli, məhbusun qolları arxadan bağlanır, o, çömbəlmiş vəziyyətdə durmalı olur. Bu zaman bədənin bütün ağırlığı 1-2 əzələnin üstünə düşür. Bu vəziyyət saatlarla davam edəndə bədəndə dəhşətli ağrılar başlayır - Elbəyi Həsənli). Məhbusları soyuq hava şırnağının altında saxlayırdılar. Sonra onların üstünə su fışqırdılar. Onlara zülm etmək üçün eyni musiqini dönə-dənə dinləməyə məcbur edirdilər. Bütün bunlar saatlarla davam edirdi. Quantanamoda baş verənlər 100 faiz Amerikanın qanunlarına zidd idi. Mən bir əsgər kimi belə Amerikanı müdafiə etməyə and içməmişdim”.

“Quantanamoya hərbi xidmətə gələndə o düşüncədə idi ki, monoteyist (təkallahlı) dinlər şərə xidmət edir. Ancaq o, müsəlman məhbuslara söhbət etdikdən və Quranı oxuduqdan sonra yanlış yolda olduğunu başa düşdü: “Quran dünyada olan ən sadə kitabdır. Orada sehrli bir şey yoxdur. Onda bir-birini təkzib edən fikirlər tapmazsız. Quran yaşamaq üçün təlimat formalı dərslik hesab oluna bilər”

Terri Holdbrooks deyir ki, həbsxanada saxlanılanların çoxunu sonda buraxmağa məcbur oldular. Çünki onların ittiham olunması üçün əldə heç bir hüquqi əsas yox idi: “Düşünürdüm ki, ən ağır şərtlər altında belə bu insanlar inanırdılar ki, onların yanında olan, onlara dəstək olan Allah var. Və onlar bu məşəqqətlərin içində də Allahla bir idilər. Mən bir amerikalı kimi dünyada olan bütün azadlıqlara sahib idim. Ancaq mən yuxudan bədbəxt əhval-ruhiyyədə qalxırdım. Çünki bu insanlar qəfəsin içində idi, onlar gülə-gülə hər gün 5 dəfə Allaha əl açırdılar. Mən də məhbus müsəlmanların şahidliyi ilə 2003-cü ilin dekabrında islamı qəbul etdiyimi bəyan etdim”.

Terri Holdbrooks gənc yaşlarında fərqli dinlərə üz tutmuşdu. Quantanamoya hərbi xidmətə gələQuantanamoya hərbi xidmətə gələndə o düşüncədə idi ki, monoteyist (təkallahlı) dinlər şərə xidmət edir. Ancaq o, müsəlman məhbuslara söhbət etdikdən və Quranı oxuduqdan sonra yanlış yolda olduğunu başa düşdü: “Quran dünyada olan ən sadə kitabdır. Orada sehrli bir şey yoxdur. Onda bir-birini təkzib edən fikirlər tapmazsız. Quran yaşamaq üçün təlimat formalı dərslik hesab oluna bilər”.ndə o düşüncədə idi ki, monoteyist (təkallahlı) dinlər şərə xidmət edir. Ancaq o, müsəlman məhbuslara söhbət etdikdən və Quranı oxuduqdan sonra yanlış yolda olduğunu başa düşdü: “Quran dünyada olan ən sadə kitabdır. Orada sehrli bir şey yoxdur. Onda bir-birini təkzib edən fikirlər tapmazsız. Quran yaşamaq üçün təlimat formalı dərslik hesab oluna bilər”.

“Terri Holdbrooks deyir ki, məhbus istintaq otağına daxil olanda müstəntiq xanım soyunub məhbusun qarşısında dayanardı. Onda şəhvət hissi yaratmağa çalışardı. Elə edərdi ki, aybaşı olmaqla bağlı gələn qan məhbusun bədəninə sürtülsün. Bu baş verdikdən sonra biz məhbusu yenidən kamerasına aparardıq. Bəs, bu metodun anlamı nə idi? Bədəninə belə bir qan sürtülmüş məhbus yuyunmaq istəyirdi. Biz isə ona deyirdik ki, su yoxdur və ona günlərlə çimməyə su vermirdik. Belə natəmiz vəziyyətdə isə məhbus namaz qıla bilmirdi. Nəticədə ruhi baxımdan sarsılırdı. Zatən, bu metodun məqsədi də mömin məhbusu ruhi baxımdan sındırmaqdan ibarət idi...

Onun “Reuters” agentliyinə verdiyi müsahibədə də maraqlı məqamlar var. Məsələn, o, etiraf edir ki, hərbi xidmətdən “şəxsi heyəti məyus etdiyinə görə” 2005-ci ilin oktyabrında tərxis olunduqdan sonra yenidən içkiyə qurşanıb. Quantanamoda gördüyü dəhşətləri bu yolla unutmağa çalışıb. Ancaq müəyyən müddət sonra yenidən İslama üz tutub. İçkidən, siqaretdən və məstlik gətirən dərmanlardan bir dəfəlik imtina edib. O, nizam-intizamlı həyatı yenidən ibadətdə tapdı. Və islamın qızğın təbliğatçısına çevrildi: “İslam öyrədir ki, əgər bu dünyanın harasındasa ədalətsizlik varsa, gərəkdir ki, sən öz imkanın daxilində bu ədalətsizliyə etiraz etmək üçün mübarizə aparasan”.

O, islamla bağlı yanlış fətvalar verənləri də ittiham edir: “Belələri elə düşünürlər ki, islam üzrə alimdirlər. Ancaq onların yazdıqların oxuyanda görürsən ki, bu alimlərin İslamdan xəbəri yoxdur”.

“Mən düşünürəm ki, əl-qolumu yanıma sallayıb oturmağım doğru olmazdı. Quantanamonın qapadılması uğrunda mübarizə aparmalıyam. İnsanlara o fikir aşılanmamalıdır ki, islam Amerikanın düşmənidir. Mən belə iddialara inanmıram...”

Rusiyanın ingilisdilli “RT” kanalı da ondan 2013-cü ildə müsahibə götürüb. Həmin müsahibədə də diqqət çəkən məqamlar var. Məsələn, Terri Holdbrooks tele-kanala deyir ki, həbs düşərgəsində nəzarətçilərə məhbuslarla danışmağa imkan vermirdilər...

“Bir gün komandirim məni öz ilə bir otağa apardı. Orada artıq 5 nəzarətçi məni gözləyirdi. Onlar mənin üstümə bağıra-bağıra soruşurdular ki, sən xainsən, sən müsəlmanların tərəfinə keçmisən. Sonra komandir mənə birini ilişdirdi, arxası üstə aşdım, 2 nəzarətçi də məni çırpmağa başladı”...

Bu müsahibədə ən çox diqqət çəkən məqam istintaq zamanı istifadə olunan metodlardır. Məsələn, Terri Holdbrooks deyir ki, məhbus istintaq otağına daxil olanda müstəntiq xanım soyunub məhbusun qarşısında dayanardı. Onda şəhvət hissi yaratmağa çalışardı. Elə edərdi ki, aybaşı olmaqla bağlı gələn qan məhbusun bədəninə sürtülsün. Bu baş verdikdən sonra biz məhbusu yenidən kamerasına aparardıq. Bəs, bu metodun anlamı nə idi? Bədəninə belə bir qan sürtülmüş məhbus yuyunmaq istəyirdi. Biz isə ona deyirdik ki, su yoxdur və ona günlərlə çimməyə su vermirdik. Belə natəmiz vəziyyətdə isə məhbus namaz qıla bilmirdi. Nəticədə ruhi baxımdan sarsılırdı. Zatən, bu metodun məqsədi də mömin məhbusu ruhi baxımdan sındırmaqdan ibarət idi...

“Bu kimi başqa metodlar da vardı. Birini də söyləyim, bu metod ifadə verərkən həqiqəti gizlətdiyini düşündüyümüz şəxslərə qarşı tətbiq olunurdu. Onlar hər 2 saatdan bir həbsxananın bir nöqtəsindən başqa nöqtəsinə aparılırdı. Bunu etməklə isə məhbusların daim yuxusuz qalması təmin olunurdu. Əldən düşmüş məhbus istintaq zamanı daha çox əməkdaşlığa meyl göstərirdi”.

Rusiya mediasına müsahibədə Terri Holdbrooks deyir ki, Quantanamoda saxlanılmış məhbuslardan 600 nəfəri günahsız olduğuna görə buraxılmışdı. Ancaq bu insanlar, onların bir çoxuna heç ittiham belə elan olunmamışdı, uzun müddət həbsdə saxlanıldı...

İndi isə Terri Holdbrooksun “Newsweek” qəzetinə müsahibəsinə nəzər salaq. Burada o, islamı qəbul etməsinin detalların açıqlayır: “Xidmətə başlayandan 6 ay sonra mən əslən Mərakeşdən olan 590 saylı məhbusla söhbət etdim. Gecə vaxtı idi. Həmin şəxs “General” ləqəbi ilə tanınırdı. Sonra elə imkan yarandı ki, mən məhbuslarla dəmir barmaqlıqların arxasından danışa bilirdim. Mən “General”la dostlaşdım, onun həqiqi adı Əhməd Errahidi id. Tezliklə ərəb dilində və islama aid kitabları əldə etdim. Rəhbərim isə mənə hər axşam islamla bağlı bilgilər verərdi. Mən ona qələm və kağız atardım. O, isə surələri ərəbcədən ingiliscəyə tərcümə edib mənə qaytarardı...”

Maraqlıdır ki, Əhməd Errahidi “Newsweek”ə göndərdiyi e-maildə Terri Holdbrooksla münasibətlərindən söhbət açıb: “Məhbuslar onlara hörmət edən nəzarətçilərlə söhbət etməyə maraq göstərirdilər. Mən Terri Holdbrooksla hər şey barədə söhbət edirdim. Dini məsələlərdən tutmuş ən adi şeylərə qədər”.

Qəzet qeyd edir ki, Əhməd Errahidi 2001-ci ildə bizneslə bağlı Pakistanda olub. Orada tibbi əməliyyatdan çıxmış oğluna kömək edib. İngiltərədə 18 il yaşadığından ingilis dilini mükəmməl bilən bu şəxs Əfqanıstana keçərkən islamçılar tərəfindən saxlanılıb və... Amerikalı hərbçilərə 5 min dollara satılıb. Qondarma ittihamlarla 5 il həbs cəzası alıb və bunun 4 ilini Quantanamoda həbsdə qalıb. Və tale onu Terri Holdbrooksla üz-üzə gətirib. Nəzarətçi deyir ki, mən islamı qəbul etmək istədiyimi deyəndə Əhməd Errahidi söylədi ki, dini dəyişmək çox məsuliyyətli işdir. Hər şeyi bir daha götür-qoy et. O, əmin olmaq istəyirdi ki, mən bu addımı içimdəki inamdan irəli gələn qətiyyətlə atıram...

Terri Holdbrooks “Newsweek”ə maraqlı bir epizod da danışır: “Bir gün komandirim məni öz ilə bir otağa apardı. Orada artıq 5 nəzarətçi məni gözləyirdi. Onlar mənin üstümə bağıra-bağıra soruşurdular ki, sən xainsən, sən müsəlmanların tərəfinə keçmisən. Sonra komandir mənə birini ilişdirdi, arxası üstə aşdım, 2 nəzarətçi də məni çırpmağa başladı”...

O, qəzetə bildirib ki, başqa bir hərbçi də islamı qəbul etdi. O, kapitan Ceymiz Yi idi. Onu isə həbs etdilər. İttiham isə belə oldu ki, guya o, düşmən-məhbuslara yardım edib. Ancaq bu ittihamlar məhkəmədə öz təsdiqini tapmadı...

Qəzet Əhməd Errahidinin faciəsindən də söhbət açır. Bildirir ki, o, heç cür həbsxanada yaşadığı dəhşətləri unuda bilmir. İşığı söndürüb yatağına girməyə qorxur. Çünki həmişə yataqdan qorxu içində sıçrayıb qalxır, qan-tər içində yenidən sakitləşməyə çalışır...

Quantanamoda məhbus kimi saxlanılanlar və onlara nəzarət edən hərbçilər arasında bu kimi qarabasmalardan indi də əziyyət çəkənlər var...

Belə görünür ki, Quantanamoya ehtiyac yenidən artacaq. Amerika bu dəfə özünün dediyi kimi“əl-Qaidə”dən daha dəhşətli bir düşmənlə - İŞİD-lə üz-üzədir...

Elbəyi Həsənli, Sürix

Oxumağa davam et
Reklam
Reklam

Gündəm