HƏMAS: ”Məğlubedilməzləri məğlub etdik”
Bizi izləyin

Dünya

HƏMAS: ”Məğlubedilməzləri məğlub etdik”

HƏMAS-ın Qəzza zolağındakı nümayəndəsi Sami Əbu Zühri bəyanatla çıxış edib.

Publika.az ərəb mətbuatına istinadən xəbər verir ki, Əbu Zühri sionist düşmənin üzərində qələbədən danışıb: “Biz indiyədək məğlubedilməz sayılan ordunu məğlub etdik. İsrail atəşkəsə nail olmadı. Sadəcə, biz Misirin təklif etdiyi şərtləri qəbul etdik”.

“İslam cihadı” təşkilatının lideri Ramadan Şallah isə bildirib ki, müharibə hələ bitməyib. Onun təşkilatı İsraillə yeni müharibəyə hazırlaşır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm