Rusiya Ukraynada “baza” qurur
Bizi izləyin

Dünya

Rusiya Ukraynada “baza” qurur

Ukraynaya Rusiya ərazisindən “Qrad” reaktiv yaylım atəş sistemi, həmçinin içində canlı qüvvənin olduğu “Kamaz” və “Ural” yük avtomobilərindən ibarət kolon keçib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna antiterror mərkəzinin “facebook” səhifəsində deyilir.

Xəbərdə qeyd olunur ki, Ukrayna ərazisinə keçən hərbi qüvvələr Pobeda yaşayış məntəqəsində batalyon taktik qrupunun qərargahını açmağı planlaşdırır. Amvrosiyevkaya 5 zirehli texnika və 1 “Kamaz”ın, Dibrovkaya isə 6 “Qrad”, 8 “Kamaz” və 2 “Ural” keçib.

Antiterror mərkəzi Ukrayna hərbçilərinin Rusiya ərazisindən “Qrad”larla yenidən atəşə tutulduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm