İran 2 yeni süni peykini təqdim etdi
Bizi izləyin

Dünya

İran 2 yeni süni peykini təqdim etdi

Təqdim edilən yeni iki peykin əsas funksiyası telekommunikasiya və rabitə xidmətləridir.

İran Milli Kosmos günündə “Tədbir” və “Fars Körfəzi” adlı milli peyklərini təqdim edib. AzVision.az-ın Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, peyklərin təqdimat mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan və Həsən Ruhaninin icra məsələləri üzrə müavini Hüseyn Şəriətmədari də iştirak ediblər.

"Fars Körfəzi” adlanan peyk ölkənin Malik Əştər sənaye universiteti tərəfindən istehsal edilib. Mənbənin məlumatına görə, “Tədbir” adlanan peyk isə İran sənaye və elm universitetinin kosmik araşdırmalar mərkəzinin vasitəsilə ərsəyə gətirilib və 100 faiz ölkədaxili məhsuldur.

Təqdim edilən yeni iki peykin əsas funksiyası telekommunikasiya və rabitə xidmətləridir.

Bildirək ki, İran istehsal etdiyi ilk peyki "Ümid"-i 2009-cu il fevralın 3-də "Səfir" raket daşıyıcısı ilə orbitə buraxıb. Həmin hadisə fevralın əvvəlində İranda İslam İnqilabının 30-cu ildönümünə təsadüf edib və o gündən etibarən 3 fevral İranda Milli Kosmos günü kimi qeyd edilməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm