İŞİD-ə qoşulan amerikalı öldürüldü - FOTO
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulan amerikalı öldürüldü - FOTO

Suriyada İŞİD qruplaşmasına qoşulan ABŞ vətəndaşı öldürülüb.

Publika.azThe Minneapolis Star Tribune “ qəzetinə istinadən xəbər verir ki, öldürülən şəxsin adı Duqlas Makasur Makkeyndir. ABŞ Dövlət Departamentindən Makkeynin ailəsinə zəng edərək onun Suriyada həlak olduğunu bildiriblər.

Cihadçının əmisi Ken Makkeyn bildirib ki, Duqlasın Suriyaya getməsinə görə əvvəldən narahat imişlər. O bildirib ki, qardaşı oğlu bir neçə il əvvəl islamı qəbul edib. Daha sonra Türkiyəyə gedib, oradansa Suriya ərazisinə keçərək terrorçulara qoşulub.

ABŞ-ın ədliyyə naziri Erik Holder isə bəyan edib ki, İŞİD qruplaşmasının tərkibində onlarla amerikalı var. Nazirin sözlərinə görə artıq Suriya və İraqa gedən amerikalılar barədə istintaq başlayıb.

Həmçinin FTB-də Makkeynin ölümə ilə bağlı araşdırmalara başlayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm