Şok iddia: Yunanlar da separatçıların tərəfində döyüşür
Bizi izləyin

Dünya

Şok iddia: Yunanlar da separatçıların tərəfində döyüşür

Qondarma Donetsk Xalq Respublikası ordusunun sıralarında yunanlar da vuruşur.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “Afina kuryeri” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, Ukraynanın şərqində böyük yunan diasporu var və Mariupolda isə yunan universiteti yerləşir.

Qəzetin yazdığına görə, regionun digər əhalisi kimi yunanlar da hərbi əməliyyatlardan əziyyət çəkiblər və Kuban və Rostova gedən qaçqınlara qoşulublar: “Yunanıstanda yaşayan pont yunanları Kiyev-Lvov cəza dəstələrinin artilleriya atəşi altında əziyyət çəkən Mariupol yunanlarının taleyindən narahat olmalıdırlar”.

Nəşrin məlumatına görə, bu gün “Yeni Rusiyada” (Malorossiya) iki serb batalyonu, yunanlar, hətta 25 nəfər amerikalı döyüşür.

“Avqustun 22-də Azov istiqamətində başlayan hücuma səhra komandiri, “Nardist” ləqəbli Fostiropulo rəhbərlik edir. Yasinovato yaxınlığında qələbə məhz “Şumer” ləqəbli səhra komandiri tərəfindən qazanılıb”, - qəzet bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Vostok” batalyonunun tərkibində İspaniya, İtaliya, Fransa, Kanada, Rusiya və Polşadan olan könüllülərin vuruşduğu bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm