Prezidentlərin Minsk görüşünün “səsi” bu gün çıxdı
Bizi izləyin

Dünya

Prezidentlərin Minsk görüşünün “səsi” bu gün çıxdı

Rusiyaya qarşı sanksiyalar haqqında qanun imzalanması üçün Ukrayna prezidenti Pyotr Poroşenkoya göndərilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, sanksiyalar paketinə Rusiyanın 65 şirkəti və 176 fiziki şəxsi daxil edilib.

Sanksiyalar barədə qanun sözügedən şirkətlər və şəxslərin Ukraynadakı aktivlərin dondurulmasını nəzərdə tutur. Qanun rusiyalılara Ukrayna ərazisində lisenziyalı fəaliyyəti göstərməyi, həmçinin istənilən malların tranzitini qadağan edir.

Xatırladaq ki, dünən Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə Minsdə görüşüb. Ukraynanın Rusiyaya qarşı sanksiyalar paketinin imzalanması üçün bu gün Poroşenkoya göndərilməsi isə görüşdə ciddi nəticələrinin əldə olunmadığını deməyə əsas verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm