Körpə uşaq bağçasına tapança ilə gəldi
Bizi izləyin

Dünya

Körpə uşaq bağçasına tapança ilə gəldi

ABŞ-ın Pensilvaniya ştatının Aliukippa şəhərindəki uşaq bağçalarının birində insindent baş verib.

Publika.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, körpənin çantasında 22 kalibrli tapança aşkar edilib. Xoşbəxtlikdən uşaqlar tərbiyəçilərə vaxtında “oyuncaq” haqda xəbər veriblər. Hadisə yerinə gələn polis tapançanın döyüş vəziyyətində olduğunu görüb. Araşdırma zamanı məlum olub ki, tapança 1914-cü ildə anadan olmuş və çoxdan dünyasını dəyişmiş şəxsin adına sənədləşdirilib.

Hazırda qanun keşikçiləri körpənin valideynlərini dindirərək silahın uşağın əlinə necə keçməsini araşdırırlar.

Qeyd edək ki,belə hadisələr ABŞ-da tez-tez baş verir.

3 il əvvəl Texasda məktəbin hazırlıq siniflərində oxuyan 6 yaşlı oğlan sinifə tapança gətirərək lovğalanmaq istəmişdi. Təsadüfən atəş açılmış və 2 uşaq yaralanmışdı.

Bu ilin aprelində isə Filadelfiyada 2 yaşlı körpə valideynlərinin otağında tapançanı tapmış və oynayarkən böyük bacısını güllələmişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm