Ərdoğana yaxınlaşaraq “indi qızılım yoxdur” dedi
Bizi izləyin

Dünya

Ərdoğana yaxınlaşaraq “indi qızılım yoxdur” dedi

Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın sədr olaraq sonuncu dəfə partiya üzvlərinə müraciət etdiyi AKP-nin I fövqəladə qurultayında maraqlı bir hadisə baş verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, çıxış etmək üçün kürsüyə gələn baş nazirin yanına bir qız yaxınlaşıb və onlar arasında qısa bir söhbət olub.

Hər kəs qızın kim olduğu ilə bağlı maraqlandığı bir vaxtda Ərdoğan açıqlama verib: “Partiya qurulan zaman bu kiçik qız bizə qızıl göndərmişdi. İndi mənə “qızılım yoxdur, amma sevgim var, qəbul edərsinizmi?” deyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm