• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

AKP qurultayına Gülənin mediası dəvət olunmadı - Siyahı

  • Dünya
  • 27 Avqust 2014 15:29
  • 375 Baxış
AKP qurultayına Gülənin mediası dəvət olunmadı - Siyahı

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti tədbirinə müxalif media ilə yanaşı Fəthullah Gülənin mediasının da iştirakına icazə verilməyib.

Publika.az xəbər verir ki, adətən müxalif media quruluşlarını qurultaylarına dəvət etməyən AKP indi həmin senzuranı Gülənin nəzarətində olan media quruluşlarına da tətbiq edib.

Adətən müxalif media quruluşlarını qurultaylarına dəvət etməyən AKP həmin senzuranı Gülən hərəkatının media orqanlarına da tətbiq edib. Belə ki, AKP-nin Ankara Arenada keçirilən fövqəladə qurultayına Gülənə yaxınlığı ilə tanınan “Bugün”, “Samanyolu Haber”, “Kanal Türk TV”, “Zaman” qəzeti və “Cihan” xəbər agentliyi” ilk dəfə dəvət almayıb.

Qurultaya dəvət olunmayan digərləri isə “Yeni Çağ”, “Burgün”, “Aydınlıq”, “Xalq TV”, “Ulusal Kanal” kimi media quruluşlarıdır.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR