Ukrayna sentyabrda Moskvaya son zərbəni vuracaq
Bizi izləyin

Dünya

Ukrayna sentyabrda Moskvaya son zərbəni vuracaq

Ukrayna Ali Radasının hazırkı tərkibi Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanı sentyabr ayında təsdiqləməlidir.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk bildirib.

Baş nazir qeyd edib ki, sentyabrın 12-də Brüsseldə keçiriləcək üçtərəfli konsultasiyaların nəticələri də buna maneə olmayacaq.

“Biz yüksək siyasi konsultasiyalarının son raundunu gözləyirik. Amma konsultasiyaların nəticələri assosiasiya haqqında razılaşmanın təsdiqinə heç bir təsir etməyəcək. Razılaşma sentyabr ayında parlamentin indiki tərkibi tərəfindən təsdiqlənməlidir”, - hökumətin iclasını açan Yasenyuk deyib.

Xatırladaq ki, sentyabrın 12-də Brüsseldə Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyaları keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm