Bərzani 10 milyon qarşılığında söz verdi
Bizi izləyin

Dünya

Bərzani 10 milyon qarşılığında söz verdi

Norveç Xarici İşlər naziri Borge Brende İraqın Kürdüstan muxtariyyətinin başçısı Məsud Bərzani ilə görüşdə İŞİD problemini müzakirə edib.

Publika.az “BasNews” xəbər agentliyinə istinadən məlumat verir ki, nazir Bərzani hökumətinə dəstək üçün İraqa gəldiklərini açıqlayıb.

Borge buna qədər Kürdüstan bölgəsinə 25 milyon dollar yardım olunduğunu və daha 10 milyon dollar əlavə ediləcəyini vurğulayıb.

Qapalı keçirilən görüşün təfərrüatlarını yazan sayt bildirir ki, Bərzani terroristlərə qarşı sona qədər döyüşəcəklərini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm