• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukrayna rəsmilərindən Timoşenkoya növbəti zərbə

  • Dünya
  • 27 Avqust 2014 21:46
  • 427 Baxış
Ukrayna rəsmilərindən Timoşenkoya növbəti zərbə

Ukrayna rəhbərliyində təmsil olunanlar – Arseni Yaçenyuk, Arseni Avakov, Aleksandr Turçinov və Andrey Porubiy Yulya Timoşenkonun sədri olduğu “Batkivşina” fraksiyasının Siyasi Şurasını tərk ediblər.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində Daxili İşlər naziri Arseni Avakov məlumat yerləşdirib.

Onun sözlərinə görə, təmsil olunduğu siyası düşərgədən ayrılması o anlama gəlməməlidir ki, dostlarına qarşı qara yaxacaqlar:

“Bizim “Batkivşina”da yetərincə dostlarımız var və mövcud münasibətləri qorumaq əzmindəyik. Bu şəxslərlə bizi bir çox məqam birləşdirir. Ümid edirəm ki, bundan sonra da münasibətlərimiz xoş hislər üzərində qorunacaq”.

Avakov əlavə edib ki, bu addımı Ukraynanın gələcəyi naminə atıblar.

Xatırladaq ki, keçmiş Baş nazir Yulya Timoşenko bəzi siyası çevrələr tərəfindən Kremllə müəyyən iş birliyində təqsirli bilinirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR