Moskvaya növbəti zərbə İsveçrədən gəldi
Bizi izləyin

Dünya

Moskvaya növbəti zərbə İsveçrədən gəldi

İsveçrə Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiyalarına qismən qoşulub.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Bern neftqaz sahəsində istifadə edilən bir sıra malların ixracını qadağan edib.

İsveçrə həmçinin Qərb sanksiyalarına məruz qalmış Rusiyanın 5 bankından uzunmüddətli qiymətli kağızların buraxılışının uyğunlaşdırılmasını tələb edib. Bunlar Əmanət Bankı, VTB, “Qazprombank”, Xarici İqtisadiyyat Bankı və Rusiya Kənd Təsərrüfatı Bankıdır.

İsveçrə Krım və Sevastopola investisiyaların qoyulmasını qadağan edib. Fiziki və hüquqi şəxslərin yer aldığı sanksiyalar siyahısı genişləndirilib. İsveçrə hakimiyyəti daha əvvəl Rusiya və Ukraynanın 26 vətəndaşını, həmçinin 18 şirkətini siyahıya daxil etmişdi. Siyahıya “Dobrolet” Açıq Səhmdar Cəmiyyəti, “Almaz-Antey" Hava Hücumundan Müdafiə Konserni və Rusiya Milli Kommersiya Bankı, həmçinin 11 şəxsin adı əlavə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm