Qətliamdan danışdı: “Uşaqlarımızın başını kəsdilər”
Bizi izləyin

Dünya

Qətliamdan danışdı: “Uşaqlarımızın başını kəsdilər”

İŞİD terror təşkilatının Sincar dağındakı zülmündən qaçan yezidilər Türkiyənin Şırnak vilayətinə axın etməkdə davam edir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, vilayətin Ortasu kəndində yerləşdirilənlərin sayı 3 minə çatıb.

Ümumilikdə isə, avqustun 8-dən başlayaraq, Türkiyəyə təxminən 10 min yezidi köç edib. Türkiyəyə gələnlərdən biri olan Macır Mirat İsa İŞİD silahlılarının 440 yezidini öldürdüyünü deyir: “Gözümüzün önündə insanlarımızın, uşaqlarımızın başlarını kəsdilər. Peşmərgə bizə sahib çıxmadı”.

Ağlayaraq yaşadığı faciəni anladan Semira Xerava İŞİD üzündən minlərlə yezidinin dağlarda açlıq və susuzluqdan öldüyünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm